Daha 2 güləşçimiz dünya çempionatında MÜBARİZƏYƏ BAŞLAYIR

Daha 2 güləşçimiz dünya çempionatında MÜBARİZƏYƏ BAŞLAYIR

Hazırda oxunan: Daha 2 güləşçimiz dünya çempionatında MÜBARİZƏYƏ BAŞLAYIR

217542

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulacaq.

U-23 dünya çempionatı

Qadın güləşi

57 kq

Dünya çempionu Jalə Əliyeva ilk mərhələdən yarışa qoşulacaq. O, ukraynalı Alina Filipoviçlə güləşəcək.

62 kq

Ruzanna Məmmədova 1/8 finalda qırğızıstanlı Kalmira Bilimbekle qarşılaşacaq.

Qeyd edək ki, mundialda yunan-Roma güləşçilərimizdən Rəşad Məmmədov (55 kq) gümüş, Nihat Quluzadə (60 kq) ilə Xasay Həsənli (77 kq) bürünc medal qazanıb. Gülər Həbibova (59 kq) isə təsəlliverici görüşdə çinli Honq Lianqla qarşılaşacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO