Bu gün Avropa Liqasının Liqa mərhələsində 3-cü tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
Son Türkiyə çempionu “Qalatasaray” İsveçin “Elfsborq” komandasını qəbul edib. Oyunda 7 qol vurulub. "Qalatasaray" 4:3 hesablı qələbə qazanmaqla xalını 7-ə yüksəldib və ən azı 1 günlük lider olub.
“Braqa” (Portuqaliya) isə “Bude Qlimt”lə (Norveç) qarşılaşıb. Norveç təmsilçisi 90+4-cü dəqiqə qolu ilə vacib qələbə qazanıb.
"Elfsborq” və “Bude Qlimt” “Qarabağ”ın Avroliqadakı gələcək rəqibləridir.
Turun digər oyunları sabah keçiriləcək.
18:30. "Qalatasaray" (Türkiyə) - "Elfsborq" (İsveç) - 4:3 (İkinci hissə)
Qollar: Mauro İkardi, 28 (1:0), İsak Pettersson, 39-avtoqol (2:0), Barış Alper, 44 (3:0), Hult, 52 (3:1), Baydu, 65-pen. (3:2), Yunus Akgün, 83 (4:2), Larsson, 90+2 (4:3)
18:30. "Braqa (Portuqaliya) - "Bude Qlimt" (Norveç) - 1:2
Qollar: Evyen, 53 (0:1), Nyakate, 64 (1:1), Nielsen, 90+4 (1:2)
Qırmızı vərəqə: Nyakate ("Braqa"), 67
Bizim.Media

- A-
- A
- A+
İdman
20:35 / 23.10.2024
“Qalatasaray” “Elfsborq”a QALİB GƏLDİ - VİDEO
Hazırda oxunan: “Qalatasaray” “Elfsborq”a QALİB GƏLDİ - VİDEO
Hazırda oxunan: “Qalatasaray” “Elfsborq”a QALİB GƏLDİ - VİDEO
217478
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.