Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan uzunmüddətli perspektivdə yeni müharibənin yaranmasını istisna etmək üçün Dağlıq Qarabağdakı münaqişəni həll etməyə hazır olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı İnterfaks agentliyi yayıb.
MÖVZU İLƏ BAĞLI:
“Ermənistan ərazisində 600 azərbaycanlı əsgər var” – Paşinyandan sərsəm AÇIQLAMA
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupu ölkələri (Rusiya, Fransa, ABŞ) israr edirlər ki, ərazi mübahisələrinə son qoyulsun, əks halda münaqişə yenidən alovlana bilər.
“Bu, son dərəcə çətin məsələdir. Bunun üçün siyasi iradə, zərbəni üzərinə götürə bilmək qabiliyyəti, insanlarla açıq dialoq lazımdır. Və bu yolla gedəcəyik”, deyə Paşinyan qeyd edib.
Bizim.Media