“Minasyanın “sənədi” ilə heç bir torpaq Azərbaycana verilmir” - Diaspor işləri üzrə komissar

“Minasyanın “sənədi” ilə heç bir torpaq Azərbaycana verilmir” - Diaspor işləri üzrə komissar

Hazırda oxunan: “Minasyanın “sənədi” ilə heç bir torpaq Azərbaycana verilmir” - Diaspor işləri üzrə komissar

21734

“Ermənistan ərazilərinin verilməsindən söhbət gedə bilməz”. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri yanında  Diaspor işləri üzrə ali komissar Zare Sinanyan hökumət iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Mikael Minasyan Azərbaycan-Ermənistan sərhədi ilə bağlı sənəd paylaşdı - FOTO


Sinanyandan hökumətin Tavuş və Ararat vilayətlərindəki bir neçə kəndin Azərbaycanın nəzarətinə verilməsi barədə sənədi müzakirə edib-etmədiyi soruşulub.

O, buna bənzər bir şeyi ilk dəfə eşitdiyini deyib.

Xatırladaq ki, Vatikandakı keçmiş səfir, Serj Sarkisyanın kürəkəni Mikael Minasyan Nikol Paşinyanın Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılması müqabilində sərhəd və ərazi güzəştlərinin yeni prinsipləri ilə razılaşdığını söyləyib.

Keçmiş səfir, həmçinin indi təsdiq mərhələsində olan üçtərəfli sənədin fotosunu yayımlayıb. Minasyan sənədin gizli hissəsinin də olduğunu iddia edib.

Nikol Paşinyan isə bu gün həmin sənədin varlığını təsdiqləyib və Minasyanı Azərbaycanın agenti adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO