Bu gün Prezidentin iştirakı ilə onlayn konfrans keçiriləcək

Bu gün Prezidentin iştirakı ilə onlayn konfrans keçiriləcək

Hazırda oxunan: Bu gün Prezidentin iştirakı ilə onlayn konfrans keçiriləcək

21720

Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı videoformatda müzakirələri keçiriləcək.

Bizim.Media xəbər verir ki, müzakirələrdə müxtəlif ölkələrin sabiq prezidentləri, baş nazirləri, habelə yüksək vəzifəli şəxslər, tanınmış ictimai-siyasi xadimlər, diplomatlar, politoloqlar iştirak edəcəklər.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-də şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Nizami Gəncəvi ilə bağlı intellektual proqram keçiriləcək


Azərbaycan Respublikasının Prezidentinin dəstəyi ilə fəaliyyətini davam etdirən bu beynəlxalq qeyri-hökumət təşkilatı ətrafında 50-dən çox xarici ölkənin sabiq dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini və nüfuzlu beynəlxalq alimləri birləşdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO