Sandu ilk turda qalib gələ bilmədi: Ölkə Aİ-yə görə ikiyə bölündü

Sandu ilk turda qalib gələ bilmədi: Ölkə Aİ-yə görə ikiyə bölündü

Hazırda oxunan: Sandu ilk turda qalib gələ bilmədi: Ölkə Aİ-yə görə ikiyə bölündü

217022

Moldova Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ölkənin Avropa İttifaqına (Aİ) daxil olmasının tərəfdarları və əleyhdarları protokolların 97,6% -nin emal edilməsindən sonra bərabər olub.

Bizim.Media xəbər verir ki, Qaqauziyada referendum iştirakçılarının 94,84, Dnestryanıda 62.56 faizi Aİ-yə qoşulmağa qarşı səs verib.
 

Bununla bağlı hazırkı prezident Mayya Sandu açıqlama verib. O, səslərə görə mütəşəkkil cinayətkar qrupu və xarici qüvvələri günahlandırıb və bunu demokratiyaya misilsiz hücum kimi dəyərləndirib.


Yeri gəlmişkən, prezident ilk turu qazana bilməyib. O, səslərin 38% -ni qazanıb. Tələb olunan isə 50 faizdən yuxarıdır. Onun ən yaxın rəqibi 28,7% səs toplayıb. 

Nətiəcələrə əsasən, prezident seçkilərinin ikinci turu noyabrın 3-də baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO