Almaniya 2-ci bundesliqasında IX turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Nürnberq” klubu səfərdə “Qroyter”lə qarşılaşır.
Emreli start heyətdə meydana çıxıb. O, 13-cü dəqiqədə 25 metrlik məsafədən qol vurmaqla hesabı açıb.
Hazırda oyunda 1-ci hissədir. Qarşılaşmada qonaqlar 3:0 hesabı ilə öndədirlər.
Mahirin vurduğu qolu təqdim edirik:
Bizim.Media