30 dərəcə istidə tromb yaranma riski artır - Kardioloqdan MƏSLƏHƏT

30 dərəcə istidə tromb yaranma riski artır - Kardioloqdan MƏSLƏHƏT

Hazırda oxunan: 30 dərəcə istidə tromb yaranma riski artır - Kardioloqdan MƏSLƏHƏT

21679

Yayda 30 dərəcə və yuxarı istilik damarlarda ateroskleroz problemlərini artırır, tromb yaranma riskini çoxaldır.

Ona görə yay aylarında ürək, beyin damar tutulmaları çox baş verir.

Bizim.Media medicina.az-a istinadla xəbər verir ki, ürək-damar cərrahı Vladimir Xoroşev yay aylarında 40 yaşdan yuxarı insanlarda tromboz yaranması riskinin artdığını bildirib.

Küçədə nə qədər hava istidirsə, damarlarda tutulma və tromb riski bir o qədər çoxdur.
Həkim bunun qarşısını almaq üçün isti havada çox su içməyi tövsiyə edir. Təzyiq varsa, turşməzə su, limonlu su için.

Qazlı su, şirin su, çay əksinə az içilməlidir.

Çöldə hava 25 dərəcəni keçdisə, 40-45 yaşdan yuxarı hər kəs həmin gün 2 litrdən çox təmiz su içməlidir.

Eləcə də istini tutub saxlayan geyimlərdən uzaq olub, təmiz pambıq, kətan, sərin və geniş geyimlər seçilməldiir. Başı açıq havada örtmək lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO