Yol polisi maşınları yoxlamaq üçün yeni cihaz alıb - VİDEO

Yol polisi maşınları yoxlamaq üçün yeni cihaz alıb - VİDEO

Hazırda oxunan: Yol polisi maşınları yoxlamaq üçün yeni cihaz alıb - VİDEO

21659

Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə reyd keçirilib.

DİN Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, tədbir zamanı əvvəlcə atmosferin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsinin qarşısının alınması üçün şəhər ərazisində avtomobillər yol polisləri tərəfindən yeni xidməti istifadəyə verilən xüsusi elektron cihazla yoxlanılıb.
 

MÖVZU İLƏ BAĞLI:

DYP-dən XƏBƏRDARLIQ - 600 manat cərimələnəcəksiniz


Atmosferə nomadan artıq dəm qazı buraxan nəqliyyat vasitələrinin sürücüləri barəsində inzibati tənbeh tədbirləri görülüb.

Yol polislərinin xidməti istifadəsinə verilən yeni elektron cihaz vasitəsi ilə istismar müddəti 1987-ci ildən başlayaraq 2021-ci ilə qədər olan mühərriki benzin, dizel yanacağı və qazla işləyən bütün növ nəqliyyat vasitələrinin atmosferə buraxdığı dəm qazının miqdarını ölçmək mümkündür.

Yollarda təhlükəli manevrlər edərək qəza şəraiti yaradan qeyd edilən nəqliyyat vasitələrini idarə edən şəxslər saxlanılaraq barələrində inzibati tənbeh tədbirləri görülüb.

Yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər barəsində inzibati protokollar tərtib edilib. Həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər barələrində müvafiq tədbirlər görülüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO