Bu gün səhər saatlarından etibarən Rusiyanın paytaxtı Moskvada qatı “radiasiya dumanı” müşahidə olunur.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets teleqram kanalında məlumat verib.
O bildirib ki, Şeremetyevoda görmə qabiliyyəti 500 m, Vnukovoda 300 m-ə qədər məhdudlaşıb.
“Duman aydın səma, sakit şəraitdə havanın səth qatının gecə radiasiya ilə soyuması və su buxarının kondensasiyası nəticəsində əmələ gəlib” – deyə Tişkovets qeyd edib.
Qeyd edək ki, “radiasiya dumanı” nəmli havanın olduğu yerdə temperaturun düşməsi ilə əlaqədardır. Kondensat radiasiya ilə əlaqəli olmayan duman əmələ gətirir və buna görə də insan sağlamlığı üçün təhlükəli deyil.
Bizim.Media