Tural Abbaslıdan Etibar Əliyevə CAVAB: “O hələ millət vəkili formatına girə bilməyib”

Tural Abbaslıdan Etibar Əliyevə CAVAB: “O hələ millət vəkili formatına girə bilməyib”

Hazırda oxunan: Tural Abbaslıdan Etibar Əliyevə CAVAB: “O hələ millət vəkili formatına girə bilməyib”

21631

“Etibar bəy deputat olmazdan öncə təhsil eksperti kimi tanınırdı. İctimaiyyət arasında azdan-çoxdan özünə görə nüfuza malik bir ictimai xadim idi. Elm adamları bir az təqdir olunmağa meyilli olurlar. Yəni, yazdıqları fikirlərin oxunmasını istəyir və ona çalışırlar. Çünki kitab nəşr edirlər, onu paylayırlar, universitetlərə, kitabxanalara verirlər. Bunda qeyri-adi bir şey yoxdur. Ola bilsin, Etibar bəy hələ millət vəkilliyi formatına, siyasi obraza girə bilməyib. Mən belə düşünürəm, çünki siyasi kimlik bəzi başqa keyfiyyətlər də (müsbət-mənfi) tələb edir”

Bu sözləri Bizim.Media-ya açıqlayan Ağ Partiyanın sədri Tural Abbaslı millət vəkili Etibar Əliyevin “Facebook”da paylaşdığı və qınaq obyektinə çevrilən statusuna münasibət bildirərkən əlavə etdi ki, siyasətçi daha çox ictimai fikirlə hesablaşmalıdır.

Yəni, elm adamları üçün daha çox elmi dairələrin düşüncəsi önəmlidirsə...

“Siyasətçisənsə, siyasətçi o deməkdir ki, xalqdan səs almalısan, xalqdan dəstək almalısan. Və bu da ictimai fikirdir. Ola bilsin Etibar bəyin sosial şəbəkələrlə bağlı informasiyası bir az zəifdir. Yəni ona elə gəlir ki, əgər dostluğunda 5 min insan varsa, sənin yazdığın postların hamısına hər kəs reaksiya verməlidir. Bəlkə də sosial şəbəkələrin reallıqlarından o qədər də məlumatlı deyil ki, belə emosional reaksiya verib. Amma Etibar Əliyev deputat olmasaydı, elmi işçi kimi belə bir şərh yazsaydı, bu qədər diskussiya predmeti olmazdı. Bu qədər ajiotaj doğurmayacaqdı. Hər halda bu hadisə Etibar bəyin yanaşması üçün, millət vəkili kimi bir təcrübə olacaq və önəmli praktikaya çevriləcək. Amma onun düşüncəsinə bir fikir bildirmək istəmirəm ki, o niyə belə deyib”

Siz deyiriniz ki, paylaşdığı post Etibar Əliyev üçün bir təcrübə olacaq. Amma parlamentin üzvləri seçicilərin onlara verdiyi səslərin hesabına deputat mandatı alırlar.

Müşahidələrimz isə göstərir ki, Etibar Əliyev nəinki öz seçiciləri, bütün sosial şəbəkələrdə qınaq obyektinə çevrilib...

“Təbii ki, min nəsihətdənsə, bir münasibət daha yaxşıdır. Mən əminəm ki, ictimai fikirin nə olduğunu, sosial medianın gücünü bu hadisədən öncə bəlkə də Etibar müəllimə izah eliyə bilməzdik ki, Etibar qardaş, bu məsələlər belədir, bu qədər təzyiq ola bilər. Lap əsassız fikirlər olsa belə, ictimai qınağa çevrilə bilər. O baxımdan deyirəm ki, onun üçün təcrübədir. Hər halda indi sosial medianın gücünü, ictimai rəyi daha çox diqqətə alacaq və daha həssas yanaşacaq”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO