Şabranda qanunsuz ov edənlər TUTULDU - FOTO

Şabranda qanunsuz ov edənlər TUTULDU - FOTO

Hazırda oxunan: Şabranda qanunsuz ov edənlər TUTULDU - FOTO

216242

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən Z.Məmmədov və H.İsmayılov saxlanılıblar.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Həmin şəxslərdən 2 ədəd ov silahı, həmin silahlara aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şabran RPŞ-də araşdırmalar aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO