“Hizbullah BMT-nin 1701 saylı qətnaməsi ilə razılaşıb”.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bu haqda Livanın baş naziri Nəcib Miqati məlumat verib:
“Bu qətnaməyə əsasən, Hizbullah qüvvələri Livanın cənubunu və bütün hazırkı mövqelərini tərk edərək Litani çayının şimalına çəkiləcək. Bundan sonra BMT-nin sülhməramlı qüvvələri Litani çayının cənubunda sərhəddə yerləşdiriləcək".
Qeyd edək ki, sentyabrın sonunda Həsən Nəsrullah başda olmaqla Hizbullah liderlərinin zərərsizləşdirilməsindən sonra İsrail ordusu (İDF) Livanın cənubunda quru əməliyyatlarına start verib. Həmin vaxtdan etibarən tərəflər arasında aktiv toqquşmalar davam edir.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsi İsrail və “Hizbullah”ın gərginliyin azaltması ilə bağlı öhdəlikləri özündə əks etdirir.
Bizim.Media