BDU-da 18 tələbənin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – ÖZƏL

BDU-da 18 tələbənin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – ÖZƏL

Hazırda oxunan: BDU-da 18 tələbənin zəhərləndiyi bufetin fəaliyyəti MƏHDUDLAŞDIRILDI – ÖZƏL

215601

Qazaxda zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilən tələbələrin hamısı ambulator müalicəsini davam etdirmək üçün evlərinə buraxılıb. 

Bu bərədə Bizim.Media-nın yerli bürosuna Qazax rayon Mərkəzi Xəstəxanasının həkimi Nərzin Əliyeva məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Qazaxda 18 tələbə dönərdən ZƏHƏRLƏNDİ - ADLAR


Onun sözlərinə görə, 18 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxananın təcili-tibbi yardım bölməsinə daxil olub. Xəstələr həkim müayinəsindən keçirildikdən sonra onlara ilkin zəruri tibbi yardım göstərilib. 

Xəstələrin vəziyyəti stabilləşdiyindən 16 nəfər ambulator müalicə üçün evə buraxılıb. İki nəfər müşahidə üçün TTY bölməsində saxlanılıb, sonradan həmin iki nəfər də vəziyyətləri stabilləşdirilmiş şəkildə ambulator müalicə üçün evə buraxılıb.
 

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə rayon prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə bufetdəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub. 


Bufetin fəaliyyəti isə məhdudlaşdırılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək. 

Xatırladaq ki, hadisə dünən Qazax şəhər ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində baş verib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO