Ölkədən Rusiyaya pomidor ixracına icazə verilən müəssisələrin sayı 126-ya çatdı

Ölkədən Rusiyaya pomidor ixracına icazə verilən müəssisələrin sayı 126-ya çatdı

Hazırda oxunan: Ölkədən Rusiyaya pomidor ixracına icazə verilən müəssisələrin sayı 126-ya çatdı

21560

Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində AQTA mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir.

AQTA-dan Bizim.Media-ya bildirilib ki, bununla yanaşı, müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur.

Beləliklə, bu günə qədər ümumilikdə Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 126 pomidor istehsalı müəssisəsindən bu ölkəyə məhsul ixracına icazə verilib.

Hazırda yeni müəssisələrin icazəsinin alınması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə Bakıda və ölkəmizin digər regionlarında fəaliyyət göstərən müasir, beynəlxalq standartlara uyğun olan və Rusiya Federasiyasına məhsul ixrac etmək istəyən yeni fəaliyyətə başlamış pomidor istehsalı müəssisələrinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmələri xahiş olunur.

Ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 185b, (Koroğlu metrostansiyasının yaxınlığı)

Tel.: (012) 565-12-72 (daxili 238)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO