Xəbər verdiyimiz kimi, Qazaxda 18 tələbə dönərdən zəhərlənib. Hadisə dünən Qazax şəhər ərazisində yerləşən Bakı Dövlət Universitetinin Qazax filialının bufetində baş verib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baş verən hadisə ilə bağlı araşdırmalara başlayıb.
Qurumdan Bizim.Media-ya verilən məlumata görə, hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırma aparacaq və nəticələrlə bağlı məlumat veriləcək.
MÖVZU İLƏ BAĞLI:
Qazaxda 18 tələbə dönərdən ZƏHƏRLƏNDİ - ADLAR
TƏBİB-dən verilən məlumata görə 10.10.2024-cü il tarixində saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər (7 kişi, 11 qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə müraciət edib.
16 nəfər ambulator müalicə üçün evə buraxılıb, 2 nəfər isə xəstəxanada müalicəsini davam etdirir.
Rəna Cumaqızı, Bizim.Media