Pandemiya cərimələri ləğv olunur? – MÜHÜM AÇIQLAMA

Pandemiya cərimələri ləğv olunur? – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Pandemiya cərimələri ləğv olunur? – MÜHÜM AÇIQLAMA

215466

Dünya ölkələrində və Azərbaycanda koronavirus pandemiyası zamanı infeksiyanın qarşısını almaq üçün sərt karantin rejimi elan olunmuşdu. Ölkəmizdə karantin qaydalarına görə, yaşadığın yeri ancaq SMS icazə ilə tərk etmək mümkün idi. Lakin insanların əksəriyyəti əmək fəaliyyətinə əngəl yarandığı üçün çölə çıxmağa məcbur olurdular. Məcburən iş dalınca gedən günəmuzd işçilər karantin qaydalarını pozduqlarına görə cərimələnirdilər.

Həmçinin, tibbi maskadan istifadə etməyənlər də cərimədən canını qurtara bilmirdilər. Əlbəttə, bunların hamısı virusun yayılmaması və insanların sağlamlığı naminə atılmış addımlardır. Lakin günəmuzd işçilər arasında hələ də cəriməni ödəyə bilməyən insanlar var.

Bəs dövlət insanların karantin qaydalarını pozmaq məcburiyyəti və səbəblərini nəzərə alıb, onlara hər hansı bir güzəşt tətbiq edə bilərmi? Cərimələr niyə hələ də silinmir

Mövzu barədə Bizim.Media-ya danışan deputat Razi Nurullayev həmin cərimələrin bağışlanmasının tərəfdarı olduğunu bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Pandemiyada yazılan cərimələr nə vaxt SİLİNƏCƏK? – AÇIQLAMA 


“Mən həmişə  o cərimələrə qarşı olmuşdum. Bu gün də deyirəm ki, həmin zamanda tətbiq olunan cərimələrin aradan qaldırılmasına ehtiyac var. Çünki o zaman elə bir vəziyyət idi ki, insanlar bəzən qaydaları pozmağa məcbur olurdular.

Pandemiya insanlar üçün təzə mühit yaratmışdı. İnsanların sağlamlığını qorumaq üçün bu addım atılmışdı, şükür allaha, indi pandemiya yoxdur və bir çox ölkələr də pandemiyada tətbiq olunan cərimələri aradan qaldırdılar. Azərbaycanda da bu cərimələr aradan qaldırıla bilər ki, yəni kim ödəməyibsə, onu ödəməsin”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO