Prezident: Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi xalqımız tərəfindən böyük minnətdarlıqla qarşılanıb

Prezident: Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi xalqımız tərəfindən böyük minnətdarlıqla qarşılanıb

Hazırda oxunan: Prezident: Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi xalqımız tərəfindən böyük minnətdarlıqla qarşılanıb

215169

“Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”.

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında söyləyib.

“MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur rayonunun Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş Azərbaycan şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılıb. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar”, - deyə dövlətimizin başçısı vurğulayıb

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO