BİZİM TƏQVİM: 8 oktyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 8 oktyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 8 oktyabrda baş vermiş tarixi hadisələr

214975

1991-ci ilin bu günündə Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyası çağırılıb. Ölkə ictimaiyyətinin və müxalifətin təkidi ilə keçirilən sessiyanın gündəliyinə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi barədə məsələ salınıb.

Sessiya qızğın müzakirələrdən sonra Konstitusiyaya dəyişikliklər edilməsini deyil, müstəqillik haqqında ayrıca Konstitusiya qanununun (Konstitusiya Aktı) qəbul olunmasını qərara alınıb. Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı oktyabrın 18-də qəbul edilib. Bu tarix Azərbaycanda Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur.

Bəs, oktyabrın 8-də dünyada daha hansı hadisələr baş verib?

1. ”Avesta” təqviminə görə oktyabrın 8-i Xvarna – yəni bolluq və azadlıq bayramıdır.   Atəşpərəstlikdə Xvarna insana işıq, uğur, hərəkət gətirən, ona həqiqi azadlığın mənasını anladan ilahi qüvvə kimi dəyərləndirilir.  

2. 404-cü ildə yanan Ayasofya məbədi yenidən inşa edilərək 415-ci ilin 8 oktyabrında yenidən istifadəyə verildi.

3. 8 oktyabr 1821-ci ildə Rusiya çarı I Aleksandr Cənubi Qafqazda güzəştli ticarət tarifinin tətbiq edilməsi barədə fərman verib. Fərmana əsasən, bölgəyə gətirilən xarici malların yarısı (50 faizi) gömrük rüsumundan azad olunub. Cənubi Qafqazın böyük hissəsini (Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla) ələ keçirmiş çar Rusiyası bu qərarla ərazidə xarici ticarət (tranzit) imkanlarını genişləndirmək, əcnəbi tacirlərin bölgəyə gəlişini təşviq etmək məqsədi güdürdü.

4. Tarixə "Böyük Çikaqo yanğını" olaraq düşən hadisə 1871-ci il 8 oktyabrda baş verib. Fəlakət bütün şəhərin 2 gün içində yanmasına səbəb olub.

5. 8 oktyabr 1912-ci ildə Bolqarıstan, Yunanıstan, Serbiya və Çernoqoriyanın Osmanlı dövlətinə müharibə elan etməsilə Birinci Balkan Müharibəsi başladı.

6. 1925-ci il 8 oktyabrda yəhudi və erməni icmalarının ruhani başçıları Lozanna Müqaviləsinin Azlıqların Qorunması ilə bağlı müddəalarının tanıdığı haqlarından imtina edərək Türkiyə dövlətinin qanunlarına tabe olacaqlarını açıqladılar.

7. 1934-cü ilin 8 oktyabrında Türkiyə Böyük Millət Məclisində qəbul edilən qanunla qadınlara deputat seçmək və seçilmək haqqı verildi.

8. 1952-ci il 8 oktyabrda Londonda üç qatar toqquşdu və yaranan qəzada 112 nəfər həyatını itirdi.

9. Rusiyanın tanınmış yazıçısı Aleksandr Soljenitsinə 1970-ci ilin 8 oktyabrında Nobel Ədəbiyyat Mükafatı verildi.

10. 2005-ci il 8 oktyabrda Pakistanın Kəşmir əyalətində 7,6 bal gücündə zəlzələ baş verdi: 75 min adam öldü, 106 min nəfər yaralandı.

11. 8 oktyabr 2008-ci ildə Türkiyənin Diyarbəkir rayonunda polis məktəbinin servis maşını PKK terrorçularının hücumuna məruz qaldı: 5 adam şəhid oldu, 16-sı polis olmaqla 21 nəfər yaralandı.

8 oktyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1. Orta əsrlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Saib Təbrizi 1601-ci ilin bu günü dünyaya gəlib. Əsasən Azərbaycan və fars dillərində yazan şair İraq (Baqdad), Türkiyə, Əfqanıstan, Məkkə, Mədinədə olub, təhsilini təkmilləşdirib, dövrün tanınmış alim və şairlərilə görüşüb. 25 yaşında (1626) Hindistana gedən şair 6 ildən çox burada yaşayıb, bir müddət Şah Cahanın saray şairi olub. Sonra Səfəvi hökmdarı Şah Abbas onu öz sarayına çağırıb, məlüküş-şüəra təyin edib. Saib Təbrizi Füzuli ədəbi məktəbinin davamçısıdır. Təqribən 300 min şeiri olduğu ehtimal edilir. Hindistanın Lakhnay şəhərindəki kitabxanada onun 230 min misradan çox yeganə tam külliyatı aşkara çıxarılıb və Azərbaycan Elmlər Akademiyasına hədiyyə olunub. (1601-1676)

2. Tanınmış alman biokimyaçısı, fizioloq Otto Henrix Varburq  1883-cü ilin bu günü dünyaya gəlib. Tənəffüs fermentlərinin təbiəti və funksiyalarını kəşf etdiyinə görə 1931-ci ildə Nobel mükafatına layiq görülən Otto kimya və fiziologiyada geniş istifadə edilən bir çox cihaz və alət, həmçinin bioloji obyektlərin tədqiqat metodlarını hazırlayaraq təkmilləşdirib. (1883-1970)

3. 8 oktyabr 1967-ci ildə Ernesto Çe Qevara və adamları Boliviyada Laiqera  münaqişəsində yaralı olaraq tutulub və 1 gün sonra güllələnib. (1928-1967)

4. 8 oktyabr 1951-ci ildə Əməkdar artist, müğənni Baloğlan Əşrəfov (1951 – 26.4.2021) Masallı rayonunun Bədəlan kəndində anadan olub.

5. 8 oktyabr 1975-ci ildə Əməkdar artist Rəşid Rzayev (1975 – 20.11.2020) anadan olub. Akademik Milli Dram Teatrında, İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb.

6. 8 oktyabr 2009-cu ildə  tanınmış yazıçı, şərqşünas Əlibala Hacızadə (28.8.1935 – 2009) vəfat edib. “İtkin gəlin”, “Əfsanəsiz illər”, “Təyyarə kölgəsi” və s. romanların müəllifidir.

7. 8 oktyabr 2010-cu ildə Xalq artisti, tanınmış vokal ifaçısı Elxan Əhədzadə (30.1.1948 – 2010) vəfat edib. Akademik Musiqili Teatrda, Dövlət Mahnı Teatrında çalışıb.

8. 8 oktyabr 2021-ci ildə Xalq artisti Ağakişi Kazımov (28.6.1935 – 2021) vəfat edib. Musiqili Komediya, Opera və Balet, Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında rejissor işləyib. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Yük” filmində (H.Z.Tağıyev rolunda) çəkilib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO