Jurnalistlər bu gün yeni dəmir yolu ilə Qəbələyə getdilər – PRESS-TUR

Jurnalistlər bu gün yeni dəmir yolu ilə Qəbələyə getdilər – PRESS-TUR

Hazırda oxunan: Jurnalistlər bu gün yeni dəmir yolu ilə Qəbələyə getdilər – PRESS-TUR

21474

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC mayın 15-də açılışı olmuş Qəbələ Dəmir Yolu Vağzalına və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolu xəttinə press-tur təşkil edib.

Bizim.Media xəbər verir, press-turda iştirak edən jurnalistlərə bildirilib ki, dəmir yolu xəttinin tikintisinə 2018-ci ildə başlanılıb.

Onun uzunluğu ox üzrə 42,3 km, yan yollarla birlikdə isə 44,5 km-dir. Xətt çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma (90m) və tökmələrdən (12m) keçir.
 

MÖVZU İLƏ BAĞLI:

Qəbələdə yeni körpü və avtomobil yolu bərpadan sonra istifadəyə verildi - FOTO


Ümumilikdə layihə üzrə 122 ədəd (o cümlədən 7 körpü, 1 yolötürücü, 6 avtomobil alt keçidi, 2 heyvan keçidi və 106 suötürücü boru) suni mühəndisi qurğunun, Ağdaş dəmiryolu dayanacağı, Qəbələ dəmiryolu stansiyası, Qəbələ dartı yarımstansiyasının tikintisi və Hacıalı yarımstansiyasının təmiri işləri aparılıb.

Bakıdan Qəbələyə qədər dəmir yolu xətti 311 km, qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə təşkil edir. Burada İsveçrənin “Stadler Rail Group” şirkətinin istesalı olan dördvaqonlu ikimərtəbəli sürətli qatarından istifadə olunacaq.

Qatar standart, biznes və birinci klass vaqonlardan ibarətdir. Vaqonlardakı yerlərin ümumi sayı 363-dür, bunlardan 293-ü standart, 61-i biness, 9-u isə birinci klass yerlərdir.

Yağış sularının kənarlaşdırılması və torpaq yatağının dayanıqlığını təmin etmək məqsədi ilə 16855 paqon metr beton qanov, 430 paqon metr drenaj xətti və 277 paqon metr olan istinad divarının tikintisi tamamlanıb.
 

Dəmir yoluna paralel olaraq layihə üzrə 10kV-luq sərbəst yan qidalandırıcı elektirik verilişi xətti və kontakt şəbəkə quraşdırılıb. Həmçinin rabitə və işarəvermə işləri istismara hazır vəziyyətə gətirilib.


Sürətli qatarın təhlükəsizliyini təmin etmək üçün dəmir yolunun təhkim zolağı boyunca 84 600 paqon metr metal hasar quraşdırılıb. Dəmir yolu istismara hazır vəziyyətdədir. Maksimum sürət saatda 135 km təşkil edir. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO