"Öyrənəndə ki, siyahıda mənim də adım var, çox sevindim” - Prezident təqaüdçüsü Zenfira Nəsirova - FOTO

"Öyrənəndə ki, siyahıda mənim də adım var, çox sevindim” - Prezident təqaüdçüsü Zenfira Nəsirova - FOTO

Hazırda oxunan: "Öyrənəndə ki, siyahıda mənim də adım var, çox sevindim” - Prezident təqaüdçüsü Zenfira Nəsirova - FOTO

214702

"Bizim hər birimizi yetişdirən fədakar müəllimlərimizin peşə günündə aldığım xəbər məni təkrarən çox sevindirdi. Bu gün valideynlərimin vasitəsilə öyrənəndə ki, Prezidentin təqaüd təsis etdiyi tələbələr sırasında mənim də adım var, çox sevindim. Bu sevinci bu il 20 sentyabrda universitetimizdə Cənab İlham Əliyevlə keçirilən görüşdə və onun qarşısında çıxış edəndə də keçirmişdim. Təkrarən çox-çox sevindim. Gözəl hisslərdir".

Bu açıqlamanı Bizim.Media-ya Qarabağ Universitetinin hüquqşünaslıq fakultəsinin 1-ci kurs tələbəsi Zenfira Nəsirova verib.

Salyan şəhərindəki Aşıq Pənah adına 1 saylı humanitar fənnlər təmayüllü məktəb liseyin bu ilki məzunu olan və 683,8 balla Qarabağ Universitetinə qəbul olan Zenfira Nəsirova ona göstərilən bu etimada görə ölkə başçısına öz təşəkkürünü bildirib.

O, həmçinin, ən yüksək nəticə göstərməsində əməyi keçən müəllimlərinə də öz minnətdarlığını bildirib. Vurğulayıb ki, bu etimada daha yüksək səviyyədə təhsil almaqla cavab verəcək.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev 2024–2025-ci tədris ilində Azərbaycanın ali məktəblərinə qəbulda ən yüksək nəticə göstərən 102 tələbəyə Prezident təqaüdünün verilməsi barədə Sərəncam imzalayıb.





Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO