“Fənərbağça”da ciddi İTKİ

“Fənərbağça”da ciddi İTKİ

Hazırda oxunan: “Fənərbağça”da ciddi İTKİ

213906

Türkiyənin "Fənərbağça" klubunun heyətində ciddi itki baş verib.

Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Çağlar Söyüncü sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Türk futbolçu Super Liqanın 7-ci turunun "Antalyaspor"la səfər matçında (2:0) ayaq əzələsindən zədələnib. 28 yaşlı mərkəz müdafiəçisi 3 oktyabr tarixində Avropa Liqasında "Tvente" ilə keçiriləcək oyunda komandaya kömək edə bilməyəcək.

Qeyd edək ki, "Fənərbağça" Çağlar Söyüncünü bu ilin yanvar ayında "Atletiko"dan transfer edib. Türkiyə millisinin üzvü cari mövsümdə Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi oyunda 1 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO