Ağdamın bu kəndində elektrik şəbəkəsi yenidən quruldu - VİDEO

Ağdamın bu kəndində elektrik şəbəkəsi yenidən quruldu - VİDEO

Hazırda oxunan: Ağdamın bu kəndində elektrik şəbəkəsi yenidən quruldu - VİDEO

21380

“Azərişıq” ASC Ağdamın Çıraqlı kəndində yenidənqurma işləri həyata keçirib.

ASC-dən Bizim.Media-ya verilən məlumata görə, ikinci Qarabağ müharibəsi zamanı təmas xəttinə ən yaxın kənd olduğundan bu yaşayış məntəqəsindəki evlərə və eləcə də enerji təsərrüfatına ciddi ziyan dəyib.

Ölkə başçısının müvafiq tapşırıqlarına əsasən kəndlərdə dağılmış evlərə dəymiş zərərlərin aradan qaldırılması ilə bərabər Çıraqlı kəndində 10/0,4 kV-luq elektrik şəbəkəsinin yenidən qurmasına başlandı və hazırda işlər tamamilə yekunlaşıb.

Qeyd edək ki, 70 abonentin yaşadığı Çıraqlı kəndində yeni metal dayaqlar basdırılıb, izolyasiyalı naqillər çəkilib, yeni transformator və sayğaclar quraşdırılıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO