Azərbaycanda orta aylıq əmək haqqı azaldı

Azərbaycanda orta aylıq əmək haqqı azaldı

Hazırda oxunan: Azərbaycanda orta aylıq əmək haqqı azaldı

21368

Bu il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33,6 min nəfər və ya 2 % artaraq 1 679,7 min nəfər olub.

Bizim.Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, onlardan 915,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 764,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,7 %i təhsil, 18,5 %i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 %i sənaye, 8,3 %i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 %i tikinti, 6,7 %i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 %i nəqliyyat və anbar təsərrüfatı, 3,4 %i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 %i peşə, elmi və texniki fəaliyyət, 1,7 %i maliyyə və sığorta fəaliyyəti, 13,7 %i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

Bu ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,2 % azalaraq 713,2 manat olub.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO