Göygöldə 2 yaşlı uşaq müxtəlifdərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, azyaşlının atalığı tərəfindən döyülərək yandırıldığı iddia olunur.
Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətindən bildirilib ki, Göygöl RPŞ-nin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri çərçivəsində Göygöl şəhərində yaşayan Şirin Qasımovun evinə baxış keçiriblər.
“Bu zaman onun kultivasiya etdiyi narkotik vasitə aşkar edilərək götürülüb. Bundan başqa, onun qeyri-rəsmi nikahda yaşadığı qadının azyaşlı qızına qarşı zorakılıq əməlləri törətməsi də müəyyən edilib.
Polis dərhal müvafiq tədbirlər həyata keçirib. Azyaşlı polis tərəfindən xəstəxanaya yerləşdirilib, müvafiq ekspertiza təyin edilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, azyaşlının atalığı saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb”, - açıqlamada vurğulanıb.
Bizim.Media