Ötən günlərdə, ödəniş terminallarından istifadə edən müştərilərdən əlavə komissiya haqqının tutulması barədə məlumat vermişdik.
Məsələ ilə bağlı “MilliÖN”dən Bizim.Media-ya bildirilmişdi ki, sözügedən qərar banklar tərəfindən verilib. Buna görə də, sentyabrın əvvəlindən ödəniş terminallarında bank xidmətlərindən istifadə edənlərdən 1 faiz əlavə komissiya haqqı tutulur.
MÖVZU İLƏ BAĞLI:
Ödəniş terminallarında niyə komissiya haqqı TUTULUR? – RƏSMİ AÇIQLAMA
Bəs bu qayda hansı banklara şamil edilib?
Məsələ ilə bağlı Mərkəzi Bankdan Bizim.Media-nın sorğusuna cavab verilib.
Cavabda bildirilib:
“Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 36.6 maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir”.
Nuray, Bizim.Media