Makronun SONU GÖRÜNDÜ – Fransanın qara günləri isə HƏLƏ QABAQDADIR... – TƏHLİL

Makronun SONU GÖRÜNDÜ – Fransanın qara günləri isə HƏLƏ QABAQDADIR... – TƏHLİL

Hazırda oxunan: Makronun SONU GÖRÜNDÜ – Fransanın qara günləri isə HƏLƏ QABAQDADIR... – TƏHLİL

213074

Fransa iqtisadi cəhətdən çökür. Belə ki, ölkə tarixinin ən ağır iqtisadi böhranını yaşayır. Artıq Fransanın dövlət borcu 3 trilyon avronu keçib. 

Respublikanın yeni baş baş naziri Mişel Barnye məsələ ilə bağlı deyib ki, Fransa son dərəcə çətin bir vəziyyətdən keçir: 

“Fransanın dövlət borcu 3 trilyon avrodur və ona xidmət göstərmək üçün ildə 50 milyard avrodan çox xərc tələb olunur".

Rəsmi məlumatlara görə, Fransanın dövlət borcu 3,16 trilyon avroya yaxındır.

Nəzərə alaq ki, Fransanın ümumdaxili məhsulu 2023-cü ildə 3,05 trilyon olub. Bu da o deməkdir ki, Fransanın dövlət borcu ölkənin ÜDM-dən artıqdır. Bu isə iqtisadi fəlakət deməkdir.

Onu da qeyd edək ki, 2023-cü ildə Fransanın dövlət büdcəsi 1 trilyon 334 milyard 944 milyon avro olub. Ötən ilin dövlət büdcəsində isə büdcə kəsiri 274 milyard 766 milyon avro təşkil edib.

Beləcə Fransa həm də tarixinin ən böyük büdcə kəsiri ilə üzləşib. 

Məsələ ilə bağlı danışan Fransanın iqtisadiyyat, maliyyə və sənaye suverenliyi naziri Antuan Armand “France Inter” radiostansiyasının efirində bunları etiraf edib:

“Bir və ya iki müstəsna böhran ili istisna olmaqla, biz tariximizin ən ciddi kəsiri ilə üzləşirik. Bu baxımdan vəziyyət çox ağırdır. Ötən il Fransanın dövlət büdcəsinin kəsiri 274 milyard avro təşkil edib”.

Arman, eyni zamanda, Fransanın ÜDM artımının əvvəllər Paris üçün həmişə nümunə olan Almaniyanı qabaqladığını vurğulayıb.

Nəzərə alaq ki, Fransa ÜDM-nin həcminə görə Almaniyadan sonra Avropada ikinci yeri tutur. Dünyada isə ilk 5-likdə yer alıb.

Böyük fəlakətin başlanğıcı

Beynəlxalq ekspertlərin qənaətinə görə, Fransa hələki labirintin girişindədir. Hesablamalara görə Fransanın dövlət borcu 2027-ci ilə qədər hazırkı 3,16 trilyon avrodan 3,6 trilyon avroya qədər yüksələ bilər.

Bu barədə Fransa Hesablama Palatasının rəhbəri Pyer Moskovisi “France Inter” radiostansiyasının efirində məlumat verib.

“Hazırda Fransanın dövlət borcu 3,16 trilyon avro (ümumi daxili məhsulun (ÜDM) təxminən 110 faizi) təşkil edir və 2027-ci ilə qədər bu göstərici 3,6 trilyon avroya çata bilər”. 

Hesablama Palatasının rəhbəri qeyd edib ki, son məlumatlara əsasən, Fransa dövləti hər il 60 milyard avro borc ödəyir:

“2027-ci ildə isə bu rəqəm 80 milyard avroya qədər yüksələ bilər. Bu, dövlətin təhsil, ədliyyə, təhlükəsizlik sahələrini, həmçinin “yaşıl iqtisadiyyat”a keçid kimi digər istiqamətləri maliyyələşdirmək imkanlarını azaldacaq. Əslində, yeni hökumətin əsas vəzifəsi dövlət borcunu azaltmaq olmalıdır. Bu, təkcə sağçıların, yaxud solçuların deyil, hər kəsin üzərinə düşən ümumi vəzifədir”.

Bu fikirlər onu bir daha təsdiq edir ki, Fransada iqtisadiyyatla yanaşı siyasi aləmdə də dərin böhran yaşanır.

Fransa Milli Assambleyanın Bürosu (parlamentin aşağı palatası) hazırkı prezident Emmanuel Makrona qarşı impiçment prosedurunun başlanmasına dair qətnamə layihəsi hazırladığını artıq xəbər vermişdik.

Yada salaq Emmanuel Makron 2012-2017-ci illərdə Fransanı idarə edən sələfi Fransua Ollandın fəaliyyəti nəticəsində yaranan sosial-siyasi böhran fonunda hakimiyyətə gəlib. 

Əvvəllər sosial dövlətin tərəfdarı kimi çıxış edən Makron hakimiyyətə gəldiyi şüarlar altında həm təminatlı vətəndaşları, həm də cəmiyyətin geniş təbəqələrini özünə tərəf çəkməyi bacarmışdı.

Əslində Fransua Ollandın sonunu iqtisadi yox, başqa səbəblər gətirdi. Məlumdur ki, Olland tərəfindən 28 may 2013-cü ildə qəbul edilmiş eyni cinsli evliliklərin leqallaşdırılması haqqında qanun və digər səbəblər onun barəsində cəmiyyətdə fikir ayrılığı yaratmışdı. Həmin qanuna etiraz əlaməti olaraq, tarixçi və publisist Dominik Venner Parisdəki Notr-Dam kilsəsində 1500 nəfərin gözü qarşısında intihar etdi. Bu isə ictimai fikrə çox böyük təsir etmişdi.

Beləcə, bütün Fransa prezidentləri arasında ən aşağı reytinqə sahib olan Ollanddansa seçicilər Makrona etimad göstərdilər. Lakin tezliklə məlum oldu ki, o, öz ölkəsinin deyil, Avropa bürokratiyasının və dünya korporasiyaların maraqlarını müdafiə edir. Əhalinin yoxsul təbəqələrinə zərbə vuraraq əmək islahatına mane olan və yanacaq vergisini artıran Makron 2018-ci ildə fransızların əhəmiyyətli bir hissəsini özündən uzaqlaşdırdı. Bu isə "sarı jiletlilər" kütləvi nümayişləri ilə nəticələndi. 

Böyük səylər bahasına, etirazlar yalnız bir ildən sonra sakitləşdirildi. 

Hazırda Fransa dərin iqtisadi-siyasi böhrana daxil olur. Ölkənin bu böhranın öhdəsindən gəlməsi isə inandırıcı görünmür. Belə olan halda, iqtisadi xaos ən Makronun sonunu gətirəcək. O gün isə uzaqda deyil...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO