Növbəti pandemiya XƏBƏRDARLIĞI - Qışda ölkəmizdə koronavirusun yeni variantı yayılacaq?

Növbəti pandemiya XƏBƏRDARLIĞI - Qışda ölkəmizdə koronavirusun yeni variantı yayılacaq?

Hazırda oxunan: Növbəti pandemiya XƏBƏRDARLIĞI - Qışda ölkəmizdə koronavirusun yeni variantı yayılacaq?

212904

ABŞ-ın 29 ştatında COVİD-19 virusunun XEC adlanan yeni variantının yayılması dünyada bir sıra müzakirələrə səbəb olub. O cümlədən, ölkəmizdə də koronavirusun yeni variantlarının yayılacağı ilə bağlı proqnozlar verilir. Bəzi mütəxəssislər düşünürlər ki, ABŞ-da yenidən başlanan bu yoluxma hallarına qışda Azərbaycanda da rast gəlinəcək.  

İnfeksionist Sadiqə Əliyeva Bizim.Media-ya açıqlamasında qeyd edib ki, ABŞ-ın 25 ştatında yayılan COVID-19-un yeni variantı amikron ailəsindən olan ştamdır. Bunun simptomları COVID-in digər variantında gördüyümüz kimi, əzələ ağrıları, yorğunluq, qızdırma, halsızlıq, burun axıntısı və öskürəyin olmasıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Yeni pandemiya XƏBƏRDARLIĞI – Azərbaycan bu virusu LOKALLAŞDIRA biləcək?


Müsahibimiz deyib ki,  Azərbaycanda koronavirusun qışda yenidən   sürətlə yayılacağını demək çətindir: 

“Düzdür bu, ABŞ-da müşahidə olunur, ancaq buna əsasən, bizdə də olacağını demək olmaz. Əgər qonşu ölkələrdə sürətlə yayılarsa, bizə gəlmə ehtimalı yüksələr”. 

Sadiqə Əliyeva ştamın yoluxuculuq qabiliyyətindən də danışıb:

“Bu, yeni ştam olduğu üçün yoluxuculuq qabiliyyətinin necə olması, insanlar arasında necə yayılacağı barədə proqnozlar yoxdur”. 

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO