Erməni bloqer Roman Baqdasaryan özünün “YouTube” kanalında Qarabağdakı 44 günlük müharibə zamanı döyüşlərdə iştirakdan yayınmağa çalışan və əsgərlərini tərk edərək qaçan erməni zabitlərinin qorxaqlığından bəhs edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat “caliber.az” saytında yer alıb.
“Məhz buna görə Ermənistandan olan əsgərlər zabitlərin mütəmadi yoxluğundan danışıb. İndi aydındır ki, niyə Hadrut yaxınlığında zəncirlənmiş erməni əsgərləri tapılıb. Bakıda nümayiş olunan manikenlər azərbaycanlıların fantaziyası deyil! Bu qorxaq zabitlərin öz əsgərlərinə münasibəti barədə dəhşətli həqiqətdir”, - deyə proqramda bildirilir.
Belə görünür ki, erməni zabitləri əsgərləri zəncirləyərək ruh düşkünlüyü yaşayan Ermənistan ordusunda daim baş verən fərariliyin qarşısını almağa çalışıblar.
Buraxılışda qeyd olunur ki, Hadrutdakı (o cümlədən Suqovuşandakı) erməni bölmələri müharibədən əvvəl də həmişə qarət, oğurluq və əsgərlərin döyülməsi faktları ilə məşhur olub.
“Müharibənin başlamasından bir neçə gün sonra Araik Arutyunyan (vaxtilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz erməni təşkilatının başçısı) 5000 Qarabağ ermənisini axtarışa verdi.
Bunlar 18-55 yaşlı kişilər idi. Bu insanlar gəncləri qan içində səngərdə tərk edərək qaçırdılar. Qarabağdan ilk olaraq Arutyunyanın komandasının üzvləri qaçıb.
Qarabağlı məmurların restoranlarda necə əyləndiyi ilə bağlı fotolar yayılıb”, - deyə buraxılışda vurğulanıb.
Müəllif Ermənistanda Serj Sarqsyan və Robert Koçaryanın (Ermənistanın keçmiş dövlət başçıları) bütün prezidentlikləri dövründə bir dənə belə peyk buraxılmadığını, Azərbaycanda isə həmin müddətdə bunun əksi olduğunu qeyd edib. Bu səbəbdən Azərbaycan hər şeyi müşahidə edirdi, Ermənistan isə peykin olmamasına görə kor-təbii vuruşurdu.
Bizim.Media