Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 5 qazimiz sağalaraq Vətənə geri dönüb.
Fonddan Bizim.Media-ya bildirilib ki, qazilərimiz Cəfərov Namiq Fərhad oğlunun, Atakişiyev Yusif Fariz oğlunun, Kazımov Kənan Çinar oğlunun, Əlizadə Şəhriyar Mirağa oğlunun və Ələkbərov İlkin Elçin oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.
MÖVZU İLƏ BAĞLI:
Daha 13 ağır yaralı qazi Türkiyəyə göndərildi - FOTO
Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 64 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
Bizim.Media