İsrail Livana ultimatum verdi

İsrail Livana ultimatum verdi

Hazırda oxunan: İsrail Livana ultimatum verdi

212676

Livanın "Hizbullah" hərəkatı ilə artan münaqişə fonunda İsrail kəşfiyyat və hərbi üstünlüklərindən istifadə edərək Livana "örtülü" ultimatum təqdim edib.

Bizim.Media  xəbər verir ki, bu barədə ABŞ-ın "The Wall Street Journal" qəzeti yazıb.

Ultimatumda deyilir: "Ya Livan silahlı qüvvələri İsrailin şimal sərhədindən geri çəkilir, ya da müharibəyə başlanır".

Qeyd olunub ki, sentyabrın sonunda Qəzza zolağında döyüş meydanı statik vəziyyətə düşdüyündən İsrail diqqətini Livanla sərhədə yönəldib.

Eyni zamanda, Birləşmiş Ştatlar Hizbullah və İsrail arasında münaqişənin diplomatik yolla həllində israrlıdır ki, bu da Livan hərəkatını öz qüvvələrini İsrail sərhədindən könüllü olaraq geri çəkməyə və 2006-cı il müharibəsindən sonra razılaşdırılmış xəttə qayıtmağa məcbur edə bilər.

Qəzet vurğulayır ki, İsrail rəsmiləri bu danışıqların dalana dirəndiyini və müharibədən başqa həll yolu tapmaq üçün vaxtın olmadığını vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO