May ayının sonuna qədər 90 rusiyalı muzdlu işçi Çexiyanın Moskvadakı səfirliyindən qovulacaq, ştatda 19 yerli işçi qalacaq.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “lenta.ru” saytı Çexiyanın Rusiyadakı səfiri Vitezslav Pivonkaya istinadən yayıb.
MÖVZU İLƏ BAĞLI:
Çexiya Rusiyadan külli miqdarda təzminat tələb edəcək - AÇIQLAMA
Pivonka respublikanın Rusiyaya qarşı dost olmayan ölkələr siyahısına daxil edilməsindən sonra Çex diplomatik nümayəndəliyinin necə işləyəcəyini söyləməkdə çətinlik çəkib.
Səfirin sözlərinə görə, Moskva Çexiya tərəfinə izah etməli idi ki, dost olmayan ölkələr siyahısına daxil edilmək Çex Respublikasının Rusiyadakı səfirliyi və baş konsulluqlarının praktiki işinə necə təsir göstərəcək:
“Rusiyanın reaksiyasını gözləyirik".
Bizim.Media