Zəifləyən İMMUN SİSTEMİ - Payızda qidalanma zamanı nələrə diqqət etmək lazımdır?

Zəifləyən İMMUN SİSTEMİ - Payızda qidalanma zamanı nələrə diqqət etmək lazımdır?

Hazırda oxunan: Zəifləyən İMMUN SİSTEMİ - Payızda qidalanma zamanı nələrə diqqət etmək lazımdır?

212298

Sentyabr ayı daxil olandan havanın tempraturu yavaş-yavaş azalır. Təbii ki, yayda olduğu kimi qışda da qidalanmağımıza xüsusi diqqət yetirməliyik. 

Mütəxəssislər payız-qış fəslində mövsümi, xüsusilə, C vitaminini təmin edən meyvələrin, tərəvəzin bol olduğu qidaların, o cümlədən, mayenin tez-tez qəbulunu tövsiyə edirlər

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova  immunsistemi aşağı olan şagird və tələbələrə payız və qış mövsümündə necə qidalanmaları barədə tövsiyələrini verib: 

“Payız mövsümü yaxınlaşdıqca temperaturun dəyişməsi immuniteti aşağı olan insanlar üçün mövsümi xəstəliklərə yoluxma riskini daha da artırır. Bu da xüsusilə məktəblilər, gənclər, xroniki xəstələr arasında özünü daha çox göstərir.
 

Harada hazırlandığı, mənşəyi bəlli olmayan, paketləşdirilmiş qidalardan, qazlı rəngli içkilərdən mütəmadi istifadə orqanizmdə mineral çatışmazlığına, qəbul olunan kimyəvi maddələrin çoxluğu isə qaraciyər və böyrək çatışmazlığına səbəb olur”. 


Sağlam qidalanma mütəxəssisi payız-qış fəslində orqanizmdə vitaminləri təmin etməyin yollarını da açıqlayıb:

Vitaminləri təmin etmək üçün mövsümi meyvələrlə yanaşı, çərəzlərdən və quru meyvələrdən istifadə etmək olar. Həmçinin, orqanizmin gündəlik maye balansını təmin etmək üçün suyun qəbulu vacibdir. 

Çünki temperatur aşağı düşdükcə insanlar  su içmək vərdişini azaldır, bu da orqanizmdə toksinlərin yığılmasına, xəstəliklərin yaranmasına, bağırsaq mikroflorasının pozulmasına səbəb olur. Buna görə də yaxşı olardı ki, hər insan öz bədən çəkisinə uyğun olaraq su qəbul etsin”. 

Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO