Şəhid hərbçilərimizin kimliyi  məlum oldu - FOTOLAR

Şəhid hərbçilərimizin kimliyi  məlum oldu - FOTOLAR

Hazırda oxunan: Şəhid hərbçilərimizin kimliyi  məlum oldu - FOTOLAR

21215

Bu gün Azərbaycan-İran sərhədində -Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının ərazisində baş verən silahlı insidentdə həlak olan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları baş leytenant Samir Eyvazov və kiçik gizir, Fərid Elçin oğlu Alimov olub.

Bizim.Media modern..az-a istinadla xəbər verir atışmada həlak olan baş leytenant Samir Eyvazov Tovuz rayonundan, 28 yaşlı gizir Fərid Elçin oğlu Alimov isə Quba rayonunun Yeni Güləzi kəndindəndir.

Kiçik gizir Fərid Alimov sabah Yeni Güləzi kənd qəbristanlığında dəfn ediləcək.

Quba iH başçısının Yeni Güləzi İƏD üzrə nümayəndəsi Səbuhi Cəfərovdan aldığımız məlumata görə, Fərid ailənin böyük övladı idi. Onun özündən kiçik subay qardaşı və evli olan bacısı var. Gizir Fərid Alimov isə evli olub, 3 yaşında bir qızı ondan yadigar qalıb.

Həlak olan digər hərbçimiz baş leytenant Samir Eyvazov isə doğulduğu Tovuz rayonunda torpağa tapşırılacaq.

Allah hər iki hərbçimizə rəhmət eləsin.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO