Musa Qasımlı: ''ABŞ-ın məqsədi Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır''

Musa Qasımlı: ''ABŞ-ın məqsədi Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır''

Hazırda oxunan: Musa Qasımlı: ''ABŞ-ın məqsədi Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır''

21186

“Zəngəzurda Azərbaycan-Ermənistan sərhədində olan məsələlərə ABŞ Dövlət Depatamentinin münasibəti tamamilə səhv, beynəlxalq hüquqdan, ədalət hissindən uzaq olub, sırf geosiyasi və geoiqtisadi maraqlarını əks etdirir”. 

Bizm.Media xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı sosial şəbəkə hesabında bildirib: 

O, qeyd edib ki, burada başlıca məqsəd yenidən gərginlik yaradaraq Azərbaycan, Rusiya, Ermənistan, İran, Gürcüstan və digər dövlətlərin maraqlarına cavab verən Zəngəzur dəhlizinin açılmasına mane olmaqdır:

“Dəhlizin açılmasından sonra regionda yeni şərait yaranacağından narahat olan ABŞ hökuməti Ermənistanı əlində vasitə kimi saxlamağa, Rusiya və Türkiyəni regiondan çıxarmağa çalışır. Ancaq region dövlətlərində siyasi realizm hakim olarsa, min kilometrlərlə uzaqdan gəlib, regionu yenidən qarışdırmaq istəyənlərin cəhdləri uğurlu ola bilərmi?”

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO