Maştağa qəsəbəsində qadın iki kişini bıçaqladı

Maştağa qəsəbəsində qadın iki kişini bıçaqladı

Hazırda oxunan: Maştağa qəsəbəsində qadın iki kişini bıçaqladı

211653

Bakı şəhərində qadın 2 kişini bıçaqlayıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 15-i saat 09 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində qeyd alınıb.
 

Salyan rayon sakini 1982-ci il təvəllüdlü Y.Vəliyeva yaşadığı evdə qonşusu Lənkəran rayon sakini 1978-ci il təvəllüdlü A.Quliyevi və qeyri-rəsmi nikah münasibətlərində olduğu 1983-cü il təvəllüdlü K.Dadaşovu bıçaqlayıb.


A.Quliyev qarın nahiyəsindən daxilə nüfuz edən, K.Dadaşov isə qol nahiyəsindən xəsarət alıb. Bildirilir ki, bıçaqlanan şəxslərin ikisi də keçmiş məhkumdur.

Y.Vəliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO