Baqrat Qalstanyan Köçəryan və Sarkisyanla görüşdü - Paşinyanı devirmək planı işə düşüb?

Baqrat Qalstanyan Köçəryan və Sarkisyanla görüşdü - Paşinyanı devirmək planı işə düşüb?

Hazırda oxunan: Baqrat Qalstanyan Köçəryan və Sarkisyanla görüşdü - Paşinyanı devirmək planı işə düşüb?

211133

“Vətən uğrunda Tavuş” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın eks-prezidentləri Robert Köçəryan və Serj Sarkisyanla, eyni zamanda Qarabağdakı sabiq separatçı rejimin "üzvləri" ilə görüşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə hərəkatın Telegram kanalında yazılıb. 

Mənbə qeyd edib ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüş hələ baş tutmayıb.

Xatırladaq ki, Ermənistanda etiraz aksiyaları aprelin 19-da başlayıb. Həmin vaxt İrəvanla Bakı arasında sərhədlərin delimitasiyasına başlanılması ilə bağlı razılıq əldə olunmuşdu. 

Mayın 9-da Tavuşdan İrəvana yürüşə rəhbərlik edən arxiyepiskop Baqrat Qalstanyan Ermənistanın baş naziri Nikol Paşinyanı istefaya çağırıb. İyun ayında etirazlar dayandırılıb, lakin hərəkat payızda aktiv siyasi mübarizəni bərpa etmək niyyətində olduğunu bəyan edib.

Qeyd edək ki, Baqrat Qalstanyanın Robert Köçəryan, Serj Sarkisyan və  Qarabağdakı sabiq separatçı rejimin "üzvləri" ilə görüşün yeganə məqsədi Paşinyan hakimiyyətini devirməkdir. Bunun üçün keşiş özlərini ölkədə "siyasi fiqur" hesab edən eks prezidentlərdən dəstək almaq istəyir. Paşinyanın isə Qərbə meylliliyi, Rusiyaya "meydan" oxuması onu deməyə əsas verir ki, keşişin bu arzusu reallaşmayacaq. Üstəlik ölkə əhalisinin böyük əksəriyyəti Robert Köçəryan, Serj Sarkisyan və Qarabağdakı sabiq separatçı rejimin çirkin əməllərindən cana doyub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO