Müğənni Kərimim toyda döyülməsindən sonra xəstəxanaya yerləşdirildiyi bildirilir.
Bizim.Media xəbər verir ki, OLAY müğənninin sağlamlıq vəziyyəti ilə bağlı məlumat almaq üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxlayıb.
MÖVZU İLƏ BAĞLI:
Müğənni Kərim toyda DÖYÜLDÜ
TƏBİB-dən qeyd edilib ki, sözügedən hadisə doğru olsa da, K.Abasovla bağlı bir məlumatları yoxdur:
"Bu hadisə "Platin" şadlıq sarayında baş verib. Lakin sizin qeyd etdiyiniz şəxs bizə müraciət etməyib. Buna görə də, bir məlumat verə bilmirik. Sadəcə onu deyə bilərik ki, o, özəl tibbi müəssisələrdən birinə müraciət edib. O da bizim tabeliyimizdə deyil".
Bizim.Media