“Mən məscidlərin açılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha 3 dəfə müraciət etmişəm, son zamanlar da müraciətim olub. Müraciətimə də hörmətlə yanaşıblar və vəziyyəti mənə izah ediblər”
Bizim.Media xəbər verir ki, bunu bu gün Təzəpir məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.
QMİ sədri bununla bağlı müzakirələrimiz davam etdirildiyini vurğulayıb.
A.Paşazadə bildirib ki Operativ Qərargahın qaydalarına düzgün riayət edilsə məscidlərdə ibadətlər də bərpa olunacaq.
QMİ sədri pandemiya ilə əlaqədar ya mərasimlərinə qoyulan qadağaya da münasibət bildirib:
“Əlbəttə, mən ehsanların tərəfdarı deyiləm, amma dəfn və yas mərasimlərinin keçirilməsi üçün müvafiq qaydada imkan yaradılmasını istərdik”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:32 / 13.05.2021
Məscidlərin açılması ilə bağlı Operativ Qərargahla müzakirələr aparılır
Hazırda oxunan: Məscidlərin açılması ilə bağlı Operativ Qərargahla müzakirələr aparılır
Hazırda oxunan: Məscidlərin açılması ilə bağlı Operativ Qərargahla müzakirələr aparılır
21013
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.