Cari mövsümün sonunda yenidən avrokuboklara düşmək istəyən “Zirə” heyətini gücləndirir.
Bizim.Media xəbəe verir ki, qəsəbə təmsilçisi “Neftçi”də oynamış Yusuf Lavalla danışıq aparır.
Müzakirələr müsbət davam edir və cinah hücumçusunun tezliklə “Zirə” ilə müqavilə bağlayacağı gözlənilir.
Qeyd edək ki, 26 yaşlı nigeriyalı 2020-ci ilin yayında 3 il oyndığı “Lokeren”dən (Belçika) “Neftçi”yə azad agent kimi keçmişdi. 2023-cü ilin yanvarında isə cinah hücumçusu Portuqaliyanın “Arouka” klubuna yollandı.
Burada 26 matçda cəmi 293 dəqiqə meydanda olan Laval özünü doğrulda bilməyib. “Arouka” ilə 2 illik müqaviləsi qalan futbolçu anlaşmaya qarşılıqlı razılıqla xitam verməyə çalışır.
Rəşad Rafiqoğlu, Bizim.Media