Məktəbli formalarına niyə alıcı tapılmır? – BTE-dən AÇIQLAMA

Məktəbli formalarına niyə alıcı tapılmır? – BTE-dən AÇIQLAMA

Hazırda oxunan: Məktəbli formalarına niyə alıcı tapılmır? – BTE-dən AÇIQLAMA

209925

Dərs ilinin başlaması ilə əlaqədar valideynlər əl-ayağa düşür, məktəb ləvazimatları, geyim dükanlarında izdiham yaradırlar. Bu izdihamın ən çox his olunduğu yer isə məktəbli formalarının istehsalı və satışı ilə məşğul olan Bakı Tikiş Evidir.

Ötən illərdə müəssisədə valideyn və məktəbli övladlarının yaratdığı sıxlıq bu ildə müşahidə olunurmu? Nə qədər məktəbli forması satılıb?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış müdiri Etibar Əzimov deyib ki, məktəbli forması alanların sayı çox azdır:
 

MÖVZU İLƏ BAĞLI:

Yeni məktəbli formaları SATIŞA ÇIXARILIR – Qiymətlər BƏLLİ OLDU 


“Bizim Bakıda 11 mağazamız, ondan çox da rayonlardadır. Satış 10 dəfə azdır. Valideynlər tək-tək gəlirlər, heç bi ajiotaj yoxdur. Birinci il qərar gec verildiyi üçün çox istehsal etməyə imkan olmadı. Amma iki və üçüncü ildə nə qədər lazımdır istehsal olunub. Bu il 100 mindən çox məktəbli forması istehsal etmişik. Dərs başlayandan sonra dəqiq nə qədər satıldığını demək mümkün olacaq, hələki 10-15 faizi ancaq satılıb”.

O hesab edir ki, satışın azalmasına səbəb saxta geyimlərin hazırlanmasıdır:

“Bütün respublika saxta məktəbli formaları ilə doludur. Hamı gedib 5-6 manatlıq formalar alır. Saxta məktəbli formaları insan bədəninə ziyandır. İnsanlar bunu niyə başa düşmür, anlamıram. Biz hətta qiymətləri də endirdik ki, camaat keyfiyyətli geyim alsın. Ancaq bu da təsir etmədi. Əvvəl polo köynəyin qiyməti 15 manat idi, indi 12 manata endirmişik. Saxta köynəklər də 9 manatdır, aralarında cəmi 3 manat fərq var. Şalvar və ətəklər də 25 manatdan 20 manata endirilib. Hamısının qiymətində 20 faiz ucuzlaşma olub”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO