Bu il ölkəmizə turist axını 30 % ARTDI

Bu il ölkəmizə turist axını 30 % ARTDI

Hazırda oxunan: Bu il ölkəmizə turist axını 30 % ARTDI

209898

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 1 milyon 344 min 260 xarici vətəndaş səfər edib. 

Bizim.Media bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30 % çoxdur. 

Təkcə avqust ayında ölkəyə 245 337 nəfər gəlib. Bu da ötənilki göstəriciyə nisbətən 23 % çoxdur. 
 

Ötən ay Azərbaycana ən çox turist 63 339 nəfər olmaqla Rusiyadan gəlib. İkinci yerdə Türkiyə (34 174 nəfər), üçüncü yerdə isə Hindistan (21 137 nəfər) qərarlaşıb. 


Bu dövrdə İrandan 17,6 min, Səudiyyə Ərəbistandan 13,5 min, Gürcüstandan 9,9 min, Pakistandan 9,3 min, Qazaxıstandan 9,3 min, Birləşmiş Ərəb Əmirliklərindən 5,4 min, Küveytdən 5,1 min, Çindən 4,9 min, Omandan 4,6 min, Özbəkistandan 4,2 min, İsraildən 4 min, Ukraynadan 3,4 min turist gəlib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO