Səudiyyə Ərəbistanının Kralı və vəliəhd şahzadəsi orqan donorları sırasına qoşulublar

Səudiyyə Ərəbistanının Kralı və vəliəhd şahzadəsi orqan donorları sırasına qoşulublar

Hazırda oxunan: Səudiyyə Ərəbistanının Kralı və vəliəhd şahzadəsi orqan donorları sırasına qoşulublar

20989

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman krallığın Orqan Transplantasiyası Mərkəzində donor qismində qeydiyyatdan keçiblər.

Bizim.Media bildirir ki, bu barədə rəsmi SPA agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Kral ailəsinin başçıları bu addımı humanitar jest olaraq atıblar. Agentlik yazıb ki, Kral Salmanın nəcib təşəbbüsü ölkə vətəndaşları üçün örnək olmalıdır.

Səudiyyə Ərəbistanının Orqan Transplantasiyası Mərkəzi Kral Salman bin Əbdüləzizin təşəbbüsü ilə keçmiş Böyrək Transplantasiyası Mərkəzinin bazasında yaradılıb.

Burada ürək, böyrək, qaraciyər və ağciyər nəqli həyata keçirilir. Kral ailəsinin digər üzvlərini də donor qismində qeydiyyatdan keçdikləri bu mərkəz Yaxın Şərqin sözügedən profil üzrə ən böyük səhiyyə ocağıdır. (AZƏRTAC)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO