"Qarabağ" növbəti transferini reallaşdırıb.
Bizim.Media xəbər verir ki, Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə müqaviləsi bitdikdən sonra azad agent statusu daşıyan Aleksey Kaşuk heyətə cəlb edilib.
Klubla 24 yaşlı hücumameylli yarımmüdafiəçi arasında 3 illik müqavilə imzalanıb.
Ukraynanın “Şaxtyor” (Donetsk) klubunun yetirməsi olan Aleksey Kaşuk 2019-2022-ci illərdə icarə əsasında ölkəsində “Mariupol”un, 2022-2023-cü il mövsümündə isə Azərbaycanda “Sabah”ın formasını geyinib.
Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.
Rəşad Rafiqoğlu, Bizim.Media