Britaniya İsrailə bəzi silahların satışını dayandırdı

Britaniya İsrailə bəzi silahların satışını dayandırdı

Hazırda oxunan: Britaniya İsrailə bəzi silahların satışını dayandırdı

209737

Böyük Britaniya İsrailə bəzi silahların satışını dayandırıb.

Bizim.Media  xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Devid Lammi Parlamentin İcmalar Palatasında çıxışında deyib. 

O bildirib ki, qərar Böyük Britaniyanın silah ixracı lisenziyalarının nəzərdən keçirilməsindən sonra verilib və bu lisenziyaların beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması riski yaratması müəyyən edilib.

Nazir təxminən 350 lisenziyadan 30-nun dayandırılacağını açıqlayıb və vurğulayıb ki, bu, ümumi qadağa və ya silah embarqosu deyil:

“Belə bir münaqişə ilə üzləşərkən, ixrac lisenziyalarını yenidən nəzərdən keçirmək Böyük Britaniya hökumətinin hüquqi öhdəliyidir. Təəssüf ki, bu gün aldığım qiymətləndirməyə əsasən, İsrailə bəzi Böyük Britaniya silahlarının ixracı beynəlxalq humanitar hüququn ciddi pozulması riskini daşıyır”,- deyə nazir deyib.

Qeyd edək ki, Böyük Britaniya İsrailə birbaşa silah tədarük etmir, lakin yerli şirkətlərin silah satması üçün ixrac lisenziyaları verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO