Polisə zor tətbiq edən şəxsə cinayət işi açıldı

Polisə zor tətbiq edən şəxsə cinayət işi açıldı

Hazırda oxunan: Polisə zor tətbiq edən şəxsə cinayət işi açıldı

20971

Mayın 11-də saat 20 radələrində Goranboy Rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy Rayon Prokurorluğunun Bizim.Media-ya daxil olan məlumatında bildirilib ki, araşdırmalarla müəyyən edilib ki, izahatının alınmasından ötrü Goranboy Rayon Polis Şöbəsinə dəvət olunmuş Sərxan Quliyev ünvanına gələn əməliyyat qrupunun əməkdaşlarının tələbinə məhəl qoymayaraq xidməti vəzifələrini yerinə yetirən növbətçi hissəsinin sürücüsü polis serjantı Orxan Vəliyevə zor tətbiq etməklə müqavimət göstərib.
 

MÖVZU İLƏ BAĞLI:

Gəncə məhkəməsinin sədri polisə müqavimət göstərib - İDDİAYA CAVAB


Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO