ABŞ Venesuela prezidentinin təyyarəsini ələ keçirdi - SƏBƏB

ABŞ Venesuela prezidentinin təyyarəsini ələ keçirdi - SƏBƏB

Hazırda oxunan: ABŞ Venesuela prezidentinin təyyarəsini ələ keçirdi - SƏBƏB

209688

ABŞ hakimiyyəti Dominikan Respublikasında Venesuela prezidenti Nikolas Maduronun təyyarəsinə həbs qoyaraq müsadirə edib.

Bizim.Media xəbər verir ki, bu barədə CNN iki amerikalı rəsmiyə istinadən yazır. 

Onların sözlərinə görə, təyyarə Florida ştatına qədər təqib edilib və saxlanılıb.

Nəşrin məlumatına görə, buna səbəb təyyarənin Amerika sanksiyalarını pozaraq alınması olub. Belə ki, Maduro 2017-ci ildən ABŞ-ın sanksiyaları altındadır.

Rəsmilər təyyarəni Venesueladakı Air Force One-ın ekvivalenti adlandırırlar. Təxminən 13 milyon dollar dəyərində olan Dassault Falcon 900 son aylarda Dominikan Respublikasında olub. 

CNN-in məlumatına görə, həbsdə bir neçə federal qurum, o cümlədən Daxili Təhlükəsizlik Araşdırmaları (HSI), Sənaye və Təhlükəsizlik Bürosu (BIS) və ABŞ Ədliyyə Nazirliyi (Ədliyyə Departamenti, DOJ) iştirak edib.
 

“Xarici dövlət başçısının təyyarəsini qaçırmaq cinayət işlərində görünməmiş bir hadisədir. Biz açıq mesaj veririk ki, heç kim qanundan üstün deyil, heç kim ABŞ-ın sanksiyalarından kənarda deyil”, - nəşr yazır.


Qeyd edilir ki, ABŞ rəsmiləri həbs barədə Venesuelaya məlumat verən Dominikan Respublikası ilə sıx əməkdaşlıq ediblər. Növbəti addım təyyarənin müsadirə olunmasını tələb etmək olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO