Azərbaycan torpaqlarının erməni işğalından azad etmək üçün aparılan hərbi əməliyyatlara baxmayaraq, ölkə təbii qazın Cənubi Avropaya çatdırılması üzrə planlarından çəkinməyəcək.
Bizim.Media "Reuters"ə istinadən məlumataverir ki, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.
Onun sözlərinə görə, artıq bu ay Trans-Adriatik Boru Kəməri (TAP) ildə 10 mlrd. kubmetr Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdıniz" qaz-kondensat yatağında hasil edilən qazın qəbulu üçün hazır olacaq.
"Cəmi iki həftədən sonra infrastrukturun (Cənub Qaz Dəhlizi – red.) yeni hissəsi artıq hazır olacaq", - TAP-ı nəzərdə tutaraq E. Nəsirov qeyd edib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Uzunluğu 878 kilometr olan bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
Azərbaycan qazının Avropaya bu ilin sonunadək çatdırılacağı nəzərdə tutulur.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
10:25 / 06.11.2020
SOCAR planlarından çəkinməyəcək
Hazırda oxunan: SOCAR planlarından çəkinməyəcək
Hazırda oxunan: SOCAR planlarından çəkinməyəcək
2096
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.