“Xarıbülbül” festivalının birinci günü başa çatdı

“Xarıbülbül” festivalının birinci günü başa çatdı

Hazırda oxunan: “Xarıbülbül” festivalının birinci günü başa çatdı

20957

Şuşada keçirilən “Xarıbülbül” festivalının birinci günü yekunlaşıb.

Bizim.Media xəbər verir ki, festival ilk olaraq, Silahlı qüvvələrinin orkestrı açıb. Onlar Şuşanın küçələrini keçərək “Mehtər” marşını ifa ediblər. 

Daha sonra Prezident İlham Əliyev “Cıdır Düzü”ndə təşkil olunan musiqi festivalında açılış nitqi ilə çıxış edib. O, bildirib ki, festival şəhidlərin əziz xatirəsinə həsr olunub:

“Uzun fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi, bir yumruq kimi birləşdi və bu Qələbəni Azərbaycan xalqı qazandı. Bu, bizim hamımızın qələbəsidir. Mən xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək”.

Daha sonra festivalın konsert proqramı başlayıb. Konsertdə Polad Bülbüloğlu da mahnı ifa edərək, sevincini tamaşaçılarla bölüşüb. Bundan başqa Azərbaycanın tanınmış ifaçıları və xanəndələri öz ifaları ilə dinləyənləri feyziyab edib. 

Azırbaycanda yaşayan etnik xalqlar da öz musiqi nömrələri ilə festivalın proqramına rəng qatıblar.

Axşam saatlarında festivalın birinci günü yekunlaşıb. Qeyd edək ki, sabah festival öz işini davam etdirəcək. 

Bundan başqa 29 ildən sonra Şuşada Ramazan bayram namazı qılınacaq. Dini ayin yerli televiziya kanalları ilə canlı nümayiş etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO