Deputatların MAAŞ QALMAQALI – “Asim Mollazadə partiyasına ayrılan vəsaiti...”

Deputatların MAAŞ QALMAQALI – “Asim Mollazadə partiyasına ayrılan vəsaiti...”

Hazırda oxunan: Deputatların MAAŞ QALMAQALI – “Asim Mollazadə partiyasına ayrılan vəsaiti...”

20943

Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadənin deputatların məvacibləri haqqında açıqlamasını həmkarı Etibar Əliyev sərt tənqid edib.

Bizim.Media xəbər verir ki, belə ki, A.Mollazadənin “deputatların maaşları müəllim və həkimlərin məvaciblərindən, imkanlarından qat-qat yaxşı olmamalıdır” fikri E.Əliyevi əsəbləşdirib.

O, bu barədə Facebook səhifəsində bu sözləri qeyd edib:

“Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib ki, deputatların maaşları müəllim və həkimlərin məvaciblərindən,  imkanlarından qat-qat  yaxşı olmamalıdır. Məndən bu barədə münasibət bildirməyi xahiş etdilər. Münasibətim belədir: Asim bəy deputatların sayı ilə müəllim və həkimlərin sayının fərqini bilirsə, onda başa düşmək olmur ki, bu ifadəni nə üçün işlədib”, - deyə o, sözlərini fikirlərini şərh edib.

Millət vəkili onu da qeyd edib ki, belə bir fikri yalnız kənardan əlavə gəliri olan şəxs irəli sürə bilər:

“İkincisi, belə bir fikri işlətmək yalnız kənardan babat gəliri olan şəxsin könlündən keçə bilər. Onda maaş məsələsi heç gözə gəlmir. Buna baxmayaraq, Mollazadənin yenə də belə ifadələr işlətməyə haqqı yoxdur”.

Sonda Etibar Əliyev həmkarının ünvanına təkliflə də çıxış edib.

“Üçüncüsü, təklif edirəm ki, Asim Mollazadə daha böyük vətənpərvərlik nümayiş etdirib, partiyasına ayrılan vəsaiti internat tipli məktəblərə bağışlasın. O ki, qaldı müəllimlərin və həkimlərin əməkhaqqına, bu məsələ həmişə dövlətin diqqət mərkəzində olub və olacaqdır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO